Miss Dior..

24 Mayıs 2016 Salı | | 0 yorum

Həqiqətən oturub fikirləşirəm, o qədər ona- buna görə yaşayıblar ki, özümüz üçün yaşamaqda çətinlik çəkirik. Bilmək istəyirsənsə niyə bu qədər bağlıyam?  Səninlə bir söz danışdım, rahat istədiyin şəkildə geyə bilərsən, rəfiqələrinlə tez-tez görüşə bilərsən və.s .. bunları desəm də sənin necə davranacağın önəmlidi.. bilirdim ki, sən bu razılaşmadan sui istifadə etməyəcəksən, hər nə qədər də istədiyini əldə etsən də anlatmaq istədiyin o idi ki, güvən, rahat ol, arxayın ol, başa salırsan ki, mən deməsən də, mən olmayan yerdə başın aşağı olacaq, mən olmayan yerdə oturuşuna fikir verəssən, mənsiz məkanda etdiyin hərəkətləri mənə görə edəssən.. böyüklük budur sevgilim

Sadiq

20 Mayıs 2016 Cuma | | 0 yorum

Yanımda olmadığın vaxtlardan danışım Rübabə.. özünü mənə göstərməyə çalışan, baxdığım nöqtələrdə durmağa çalışan, səhvən gözümün qabağında dayansa belə saçının rəngini görməyəcəyim qızlardan danışım.. duruşumla deyirəm: həyatımda biri var..

Əziyyət

| | 0 yorum

Məsələn, dəniz kənarı olsa, əynində təsvir etdiyin kimi paltar olsa, mənim qabaran əlimin kobud barmaqları arasına təsəlli verən zərif barmaqların keçsə, bizə rahatlıq verən kəslərin arasından keçsək, bir-birimizə baxıb gülümsünüb rahatlığımıza tələssək..
İki əziyyətin qovuşduğu nöqtəyik Rübabə

Məxsus

18 Mayıs 2016 Çarşamba | | 0 yorum

Rübabə.. Qabağında gözlədiyim metronun çıxışında yanımdan məni tanımayan və ötən adamlar səndən xəbər gətirir. Və mən deyirəm: Bir dəqiqə yarımdan sonra gələcək insanın xoşbəxtliyinə görə sənin üzüvə gülsə də, kənardan yaxud içindən sənə pis baxan adamlarnan qabaq-qabağa oturub çörək yeyirsən, sənə imkan versəydilər gününü qara edəcəyin insanın əmrinə tabe olursan, öz dilivi qısıb,  onların diliylə danışırsan və bunun heç birinin fərqinə varmadan edirsən, fərqinə vardıqların isə səni incitmir. Bu dəqiqə hiss edirəm hər kəs mənə baxır, mənsə sənə Rübabə..
Burdayam.. və yenə məni yüngülləşdirən o qollarıvın arasındayam.. 

- Necəsən?

Bir dəfə

17 Mayıs 2016 Salı | | 0 yorum

Səninlə yaşamaq! Mən indi Kafkanın "Milenaya məktublar", Stefanın "Naməlum bir qadının məktubu" yazılarını daha yaxşı anlayıram. Nələr demək istədiklərini yox, nəyə görə yazdıqlarını anlayıram. İnsana məxsus olan onunla birlikdə olarkən gec dəyər verməkdir, ancaq mən sən ola-ola sənə dəyəri əsirgəməməyi seçmişəm.

Tarix yazmışıq və davam edirik Rübabə.